Azərbaycanda dövlət satınalmalarının məbləği 1,1 milyard manata yaxındır
2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda dövlət satınalmalarının məbləği 1 milyard 92,7 milyon manat təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, bu dövrdə 2721 müsabiqə əsaslı satınalma keçirilib.
Bunlardan 30-u açıq tender, 1531-i elektron açıq tender, 1023-u kotirovka sorğusu, 137-si isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda dövlət satınalmalarının məbləği 6 milyard 779,2 milyon manat təşkil edib. 2021-ci illə müqayisədə artım 12,8%-dir.