Bankların aldığl dolların həcmi açıqlandı - HƏRRAC

Bugün valyuta hərracında banklar 22,9 milyon dollar alıb. ENA.az xəbər verir ki, hərrac Dövlət Neft Fondunun (ARDNF)vəsaitlərinin satılması ilə baş tutub.
Xatırladaq ki, avqustun 1-də keçirilən hərracda banklara 66,1 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $22,9 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.