Alliance Property Management Group iişçi axtarır - MAAŞ 2000 AZN
Təchizat üzrə baş mütəxəssis
Son tarix 01 sen 2023
İşin təsviri:
- Satış şirkətləri ilə sıx əməkdaşlıq etmək;
- Təlabata uyğun olaraq qiymətlərin alınması;
- Verilmiş tələbnamələr əsasında hazırlanmış sifarişlərə nəzarət etmək, onların icrasını təmin etmək;
- Təchizat planlarının (aylıq, illik) hazırlanmasını təmin etmək;
- Müəssisədə təchizat şöbəsinin inkişafı ilə bağlı rəhbərliyə təkliflər hazırlamaq;
- Müəssisə daxili struktur bölmələrlə təchizat ilə bağlı əlaqələr yaratmaq və əməkdaşlıq etmək;
- Müəssisənin satınalma işinin düzgün aparılmasına nəzarət etmək;
- Təchizat şöbəsinin əməkdaşlarının iş planının hazırlanması, onlara lazımi istiqamətin verilməsini təmin etmək;
- Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
- Anbar uçotu və əsas vəsaitlərin uçotuna nəzarət edilməsini təmin etmək;
- Bazarın təhlilini, tələb olunan materialları daxili və xarici bazarda araşdırır, təchizatçı bazasını hazırlayır və təhlil edir;
- Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma prosesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək.
Tələblər:
- Ali təhsil;
- Tikinti və oxşar sahələrdə satınalma üzrə iş təcrübəsi vacibdir;
- Bu sahə üzrə minimum 5 (beş) il iş təcrübəsinin olması arzuolunandır.
- Yüksək ünsiyyət bacarığı
İş şəraiti:
- Əmək haqqı: 2000 AZN;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatı 09:00 – dan 18:00 - dək;
- İstirahət günü: Şənbə və Bazar günü;
- İş yeri: Atatürk pr.2, Bakı şəhəri.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə "Təchizat üzrə baş mütəxəssis" qeyd edərək hr@alliance.com.az göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son mürəciət tarixi: 31.08.2023