Ermənistan Rusiyadakı səfirini dəyişdirir
Ermənistanın Rusiyadakı səfiri dəyişə bilər.
Bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb.
Nəşr yazır ki, İrəvanla Moskva arasında münasibətlərin yenidən başlanmasına ehtiyac var və münasibətlərin yenilənməsinə doğru ilk addım səfirlərin dəyişdirilməsi olacaq.
İlk növbədə ermənilər Rusiyadakı diplomatik missiyanın rəhbəri Vaqarşak Arutyunyanı dəyişməyi planlaşdırır.
Arutyunyanın əvəzinə İrəvanın deputat Qurgen Arsenyanı Rusiyaya səfir edəcəyi gözlənilir.