Hesablama Palatası AMB-də audit apara biləcək
Hesablama Palatasının Azərbaycan Mərkəzi Bankında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti yalnız Bankın inzibati-təsərrüfat fəaliyyətini əhatə edəcək.
ENA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Hesablama Palatası haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
İndiyənədək Palata Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirə bilərdi.