“Kapital Bank”ın İdarə Heyətinə YENİ TƏYİNAT
Azərbaycanda ən iri xidmət şəbəkəsinə malik “Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Məlumata əsasən, səhmdarların qərarı ilə Fərqanə Məmmədova Oktay qızı bankın İdarə Heyətinin üzvü seçilib və İnsan kapitalı və təşkilati inkişaf üzrə Baş inzibatçı təyin edilib.
F.Məmmədova 2015-ci ilin sentyabrından “Kapital Bank”ın İnsan Resursları departamentinin direktoru və Təşkilati inkişaf ofisinin rəhbəri idi. Bundan öncə isə, 2012-ci ilin yanvarından 2015-ci ilin sentyabrına qədər “Bank of Baku” ASC-nin İnsan resursları departamentinin direktoru olub.
Bununla da “Kapital Bank”ın İdarə Heyəti bir sədr və dörd üzvdən ibarət olacaq:
İdarə heyətinin sədri
- Hüseynov Fərid Arif oğlu
İdarə heyətinin üzvləri
- Emin Məmmədov Ağaverdi oğlu
- Cavid Mirzəyev Akif oğlu
- Fərid Hidayətzadə Səbuhi oğlu
- Fərqanə Məmmədova Oktay qızı