Sənaye

Azərbaycan və Türkiyə Bakıda 35 milyonluq dərman zavodu tikir

Pirallahı Sənaye Parkında qabaqcıl texnologiyalara əsaslanan, ilkin investisiya dəyəri 35 mln. manat və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikilməsi ilə bağlı müqavilə imzalandı.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X.com-da yazıb.

Bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb.

“Qardaş ölkə ilə iqtisadi əlaqələrimizin bütün sahələrdə güclənməsi üçün müştərək təşəbbüslərimiz davamlı olacaq”- deyə, nazir bildirir.

Qeyd edək ki, Pirallahıdakı sənaye parkında hazırda “Diamed Co” şirkət şpris istehsal edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)