Sənaye

SOCAR Macarıstanda qaz saxlamağa başlayıb

SOCAR Macarıstanın anbarlarında qaz saxlamağa artıq start verib.

ENA.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Facebook” səhifəsində paylaşım edib.

Qeyd olunur ki, SOCAR müqavilə əsasında ilk 50 mln. kubmetr qazı Macarıstanın anbarlarında saxlamağa başlayıb.

Xatırladaq ki, bu ilin iyun ayında SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 mln. kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)