Rusiya şirkəti Azərbaycana balıq məhsulları ixrac edəcək - MÜQAVİLƏ İMZALANIB
Rusiyanın “Food Team” şirkəti Azərbaycandan olan tərəfdaşlarla masaqo kürüsünün və digər balıq məhsullarının tədarükü ilə bağlı müqavilə imzalayıb.
Müqavilənin dəyəri 200 min ABŞ dolları təşkil edir.
Müqaviləyə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "UzFood" beynəlxalq qida sərgisində imza atılıb.