“Qafqaz Konserv Zavodu”ndan maya geri götürülür
“Qafqaz Konserv Zavodu” MMC nizamnamə kapitalını azaldır.
Məlumata görə, “Qafqaz Konserv Zavodu” MMC nizamnamə kapitalının 48 400 867.62 manatdan 47 919 674.77 manatadək azaldığını elan edir.
Kreditorlar öz tələblərini bir ay ərzində AZ2700, Xaçmaz rayonu, Xaçmaz şəhəri, Bakı-Xaçmaz avtomobil şossesinin 157-ci kilometri ünvanına bildirə bilərlər.