Bank

Azərbaycanın valyuta ehtiyatları 66 milyard dollara çatır

Azərbaycanın strateji valyuta ehtiyatları rekord 65,9 milyard dollardır. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 2023-cü ilin 6 ayı ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 12,7%, AMB-nin valyuta ehtiyatlarının isə 2,2% artaraq 9,2 milyard dollara çatdığını bildirib.

"Birinci yarımil ərzində AMB 23 milyon dollar alıb və bu vəsait dövlət strukturları, beynəlxalq maliyyə təsisatlarından əldə olunub. Beynəlxalq maliyyə institutları kommersiya bankları ilə deyil, yalnız Mərkəzi Bank vasitəsilə əməliyyat aparmadıqlarına görə onlar manat almaq üçün AMB-yə valyuta satırlar. Özəl banklara gəldikdə, Mərkəzi Bank cari ilin əvvəlində xarici valyuta alışı, satışı üzrə onlarla əməliyyat aparmır, çünki bu ilin yanvar ayından etibarən Bloomberg platformasında valyuta bazarı yaradılıb, nəticədə, bazar özünü zəruri valyuta ilə təmin edir və AMB tərəfindən müdaxiləyə yoxdur", - deyə T.Kazımov vurğulayıb.

Bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatları üzrə proqnozlara toxunan sədr qeyd edib ki, valyuta ehtiyatlarının artırılması ilə bağlı hərəkətlər iqtisadi vəziyyətdən asılı olacaq. 

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)