JPMorgan-dan qızılla bağlı rekord proqnozu
JPMorgan, ABŞ-ın mümkün tənəzzülü ərəfəsində qızıla investisiya imkanı gördüyünü, qiymətlərin ilin sonuna qədər 2000 dolları keçəcəyini və faiz dərəcələrinin aşağı salınması ilə 2024-cü ilə qədər rekord səviyyələrə çatacağını proqnozlaşdırdı.
Bankın Qlobal Əmtəə Tədqiqatları üzrə İcraçı Direktoru Qreq Şirer vurğulayıb ki, FED gələn ilin ikinci rübündə gözlənilən faiz endirimlərini həyata keçirməyə başladıqda ABŞ-da real gəlirlərin azalması qiymətli metal üçün “əhəmiyyətli drayver” olacaq.
ENA.az xəbər verir ki, qızıl son 12 ayda 15% bahalaşıb, bunu ABŞ-da faiz artımı dövrünün sona yaxınlaşdığına dair əlamətlər, mərkəzi bankların alışları və təhlükəsiz investisiya tələbləri dəstəkləyib. Mayın əvvəlində qiymətli metal 2020-ci ildə əldə edilən rekord həddə - 2075 dollara yaxınlaşdı.
JPMorgan 2024-cü ilin son rübündə FED-in kəmiyyət yumşaldılmasına başlamazdan bir müddət əvvəl ABŞ-da tənəzzül proqnozu ilə bağlı artan risklər fonunda qızılın unsiyasının qiymətini 2175 dollar səviyyəsində təyin etdi.
Bankın əmtəə araşdırmalarının rəhbəri qarşıdakı dövrdə iqtisadiyyatda baş verə biləcək inkişafları da qiymətləndirərək, proqnozlaşdırıb: “Qızıl və gümüş bazarları ABŞ-da yumşaq eniş və ya sərt eniş olacağına dair tərəddüdlü mövqedədir, lakin nəzərə çarpan bir tənəzzül vəziyyətində faiz dərəcələrində daha dramatik bir azalma görəcəyik".
Greg Shearer, pul menecerlərinin qızıl fyuçerslərində xalis uzun mövqelərinin bu il artdığına, lakin əməliyyatların hələ də çox sıx olmadığına diqqət çəkib.
Digər tərəfdən, fiziki tələbata təsir edən digər amillər də var, məsələn, mərkəzi bank alışlarının qiymətlər üçün güclü katalizator olması.
Geosiyasi risklərin qızılı hökumətlər üçün daha da cəlbedici etdiyini əlavə edən Şirer, “Biz burada həqiqətən alış və valyutalardan başqa aktivləri şaxələndirmək üçün həvəs görürük”, - deyib.