Rusiyada hərbi xidmətə çağırış yaşı QALDIRILDI
“2024-cü il yanvarın 1-dən Rusiyada çağırış yaşı 18 yaşdan 30 yaşa qədər olacaq”.
ena.az TASS-a istinadən xəbər verir ki, Dövlət Duması bununla bağlı müvafiq qanuna düzəlişləri təsdiq edib. Çağırış yaşının mərhələli şəkildə qaldırılması da qanunda nəzərdə tutulub. Belə ki, 2024-cü ildən çağırış yaşı 19 yaşdan 30 yaşa, 2025-ci ildən 20 yaşdan 30 yaşa, 2026-cı il yanvarın 1-dən 21 yaşdan 30 yaşa qədər olacaq.
Duma hərbi komissarlıqlar tərəfindən göndəriş göndərildiyi gün çağırışçıların ölkədən çıxmasını qadağan edən qanunu da qəbul edib. Parlament, həmçijnin, hərbi qeydiyyat və komissarlıqlara kömək göstərmədiyinə görə 500 min rubla ( 5,5 min ABŞ dolları) qədər cərimələri təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirmişdi ki, çağırış yaşının aşağı həddinin 18-dən 21-ə qaldırılması ideyasının rədd edilməsi rusiyalıların çoxsaylı müraciətləri ilə bağlıdır.