Bank

Pərviz Sədrəddinov "Kapital Bank"dakı vəzifəsindən ayrılıb

"Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov vəzifəsindən ayrılıb.  

ENA.az xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. 

P. Sədrəddinov bildirib ki, 7 ildən artıq çalışdığı bu vəzifədən öz istəyi ilə ayrılır.

"Bu həftədən etibarən 7 ildən artıq mətbuat xidmətinin rəhbəri olduğum doğma Kapital Bank-dan ayrılıram. Bu illər təhsilim, peşəkar təcrübəm, yeni əlaqələr və tanışlıqlar baxımından olduqca uğurlu olub.

Fəaliyyətimin effektiv olmasına birbaşa təsir edən, ölkənin media monitorinq reytinqlərində hər zaman Kapital Bank-ı birinci edən Kütləvi İnformasiya Vasitələrinə, jurnalist dostlara “Çox sağ olun” demək istərdim. Hər zaman demişəm, yenə təkrar edirəm - bizi, yəni mətbuat katiblərini “Biz” edən media nümayəndələridir. Dostlar hər bir şeyə görə çox sağ olun!

P. S. Yeni iş yerimlə bağlı yaxın zamanlarda məlumat verəcəyəm. Daha böyük, daha məsuliyyətli və daha strateji işlərə birgə imza atmaq ümidilə!"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)