MALİYYƏ

Hərraclarda satılmış dolların məbləği - AÇIQLANDI

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, "BI"yə ARDNF-dən bildirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin dekabr ayı ərzində677,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, ötən ilin Dekabr ayı ilə müqayisədə Yanvarda valyuta satışı cüzi azalıb.

 

İLLİK MÜQAYİSƏDƏ KƏSKİN ARTIB

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin yanvar ayı ərzində 299,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Ötən ilin Yanvar ayı ilə müqayisədə valyuta satışı 2 dəfədən çox artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department