Banklar dollar alışını artırdılar - HƏRRAC
Bugün keçirilən valyuta hərracında banklar 41,5 milyon dollar alıb. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, "Cümə axşamı hərracda banklar tərəfindən tələb 41,5 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib".
Qeyd edək ki, iyulun 18-də keçirilən hərracda banklar 32,1 milyon dollar almışdı.
Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.