Bu avtobus və avtomobillər gömrük rüsumundan azad edildi
Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş və sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün idxal gömrük rüsumları müəyyənləşib.
"BI" xəbər verir ki, məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulan avtobuslar idxal gömrük rüsumundan azad edilib.
Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.
Sıxılmış qazla hərəkətə gətirilən xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər də idxal gömrük rüsumundan azad edilib.
Baş nazir Novruz Məmmədovun imzaladığı qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minəcək.
Qərada deyilir:
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin: