Avtomobil

Azərbaycana tam elektrik avtomobillərin idxalı 7 dəfə artıb

Elektrik avtomobillərinin idxalına güzəştlərin tətbiq edilməsi, kredit şərtlərinin yumuşaldılması və dünyada bu avtomobillərə keçid trendinin sürətlənməsilə əlaqədar olaraq Azərbaycana da elektromobillərin idxalı artır. 

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı 2023-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin ilk 6 ayı ilə müqayisədə 7,3 dəfə artaraq 1124 ədəd, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı 17,8% aratarq 7329 ədəd təşkil edib.

Ötən il bu nəqliyyat vasitələri üzrə idxal müvafiq olaraq 153 ədəd və 6 218 ədəd olmuşdu. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)