Hesabatlar

Azərbaycanda ÜDM 0,5% artdı

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 60 milyard 302,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.

ÜDM istehsalının 43,7%-i sənaye, 9,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4.7%-i tikinti, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7%-i digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib. 

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 946,9 manata bərabər olub.

Yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,8%, o cümlədən qeyri-neft sektorunda artım 4,9%, neft sektorunda azalma 1,5% səviyyəsində gözlənilir.

2022-ci ildə Azərbaycanda ÜDM 4,6%, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)