Qarabağ

Əliyev-Paşinyan görüşü iyulun 21-dən əvvəl Brüsseldə baş tuta bilər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyulun 21-ə planlaşdırılan görüş vaxtından əvvəl baş tuta bilər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.

“Brüsseldə bu görüşün iyulun 21-dən əvvəl baş tutacağı mümkündür”, – Qriqoryan “Amerikanın Səsi” radiostansiyasının Erməni xidmətinə verdiyi müsahibədə bildirib.

Qriqoryanın sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında Brüsseldə, Moskvada və ya Vaşinqtonda aparılan danışıqlar “qarşılıqlı tamamlayıcıdır”.

“Danışıqların gündəliyi, müzakirə olunan məsələlər demək olar ki, eynidir. ABŞ-ın regionda iştirakı isə sabitliyin təmin edilməsinə kömək edir və biz ABŞ-ın danışıqlara cəlb olunmasını vacib hesab edirik, çünki Vaşinqton danışıqların irəliləməsi üçün böyük səy göstərir”, – Qriqoryan qeyd edib.

Ermənistan hökumətindən bəyan edilib ki, Əliyev və Paşinyanın görüşü barədə məlumat “lazımi vaxtda” veriləcək.

Daha öncə hökumətin mətbuat xidmətindən məlumat verilib ki, iyulun 21-də Azərbaycan prezidenti Əliyev, Ermənistanın baş naziri Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüssel arasında növbəti görüş keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)