Banklar daha çox dollar aldılar - HƏRRAC
Bugün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərracında banklara 32,2 milyon dollar satılıb. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Hərracda tələb 32,2 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə bildirib.
Qeyd edək ki, İyulun 6-da keçirilən hərracda banklara 15,7 milyon məbləğində xarici valyuta satılmışdı.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.