TURİZM

Kutaisi Hava Limanı qasırğa səbəbindən fəaliyyətini dayandırıb

Bugün axşamdan pis hava şəraiti Kutaisi Beynəlxalq Hava Limanının fəaliyyətinin dayandırılmasına səbəb olub, bir sıra beynəlxalq reyslər ləğv edilib, yük terminalı dayandırılıb. ENA.az xəbər verir ki, bu barədə aeroport rəhbərliyi bildirib.

"Uçuşlar Tbilisi Beynəlxalq Hava Limanına yönləndirilib. Hazırda ekspertlər Kutaisi hava limanının ərazisində işləyir, uçuşların bərpasına hazırlığı yoxlayırlar", - məlumatda deyilir.

Qərbi Gürcüstandakı hava şəraiti Batumi və ona bitişik kəndlərə ziyan vurub. Batumi meriyasının məlumatına görə, külək ağacları aşıraraq bir neçə evi su basıb, lakin tələfat və xəsarət alan olmayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)