Dövlət Xidməti: “Vitrin və kassa qiymətlərindəki fərqə görə müraciətlər rekord həddə çatıb”
Bu ilin I yarısında Azərbaycandakı mağazalarda məhsulların vitrin və kassa qiymətlərindəki fərqlərə görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə indiyə qədər olmadığı qədər müraciətlər daxil olub.
Bunu Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov bildirib.
Onun sözlərinə görə, bütün müraciətlər ətraflı araşdırılır.
“Sahibkarlar çox vaxt həmin qiymət fərqini işçilərdən tutmaq kimi yanlış fikrə düşür. Ümumiyyətlə belə pozuntu hallarında bəzən 30 qəpiyə görə sahibkarlar 4-6 min manat arası cərimələnir. İstehlakçılar belə problemlərlə qarşılaşdıqda sübutlarla Xidmətə müraciət edə bilər”, – deyə R.Qaraşov qeyd edib.