Avropa "çip qanunu" ilə 90 milyard avrodan çox investisiya cəlb etdi
Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen, keçən il hazırladıqları çip istehsalına dəstək qanunu sayəsində çip sənayesinə 90 milyard avrodan çox investisiya cəlb etdiklərini söyləyib.
ENA.az xəbər verir ki, IMEC-in dünya miqyasında rəqəmsal innovasiyada lider qurum olduğuna diqqət çəkən von der Leyen, Aİ-nin tədqiqat proqramları çərçivəsində son 10 ildə IMEC-ə 300 milyon avrodan çox sərmayə qoyduğunu xatırladıb.
Von der Leyen, çip qanunu ilə qlobal yarımkeçirici tədqiqat, dizayn, sınaq və istehsalda Avropanı lider etmək istədiklərini ifadə edərək, "Çip qanunu bu payızda rəsmi olaraq qüvvəyə minəcək, lakin çip investisiyaları artıq inanılmaz sürət qazanır. Çip qanunu ötən ilin fevralında təklif edilib. Biz onu işə saldığımızdan bəri bütün Avropada çip sahəsinə 90 milyard avrodan çox sənaye investisiyası elan edilib”. - deyib.
Polşadakı yarımkeçirici qablaşdırma və sınaq qurğusu üçün 12 milyard avro, Almaniyada bir ilk olan iki böyük fabrik üçün 30 milyard avro sərmayə elan edildiyinə diqqət çəkən von der Leyen, yeni çip sərmayələrinin də olduğunu açıqladı.