BİZNES

Türkiyəli mütəxəssis “Pepsi Azerbaijan”a rəhbər təyin edildi

Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan” və ya hüquqi adı ilə “Mars Overseas Baku LTD” MMC-nin baş icraçı direktoru dəyişib, şirkətə türkiyəli mütəxəssis rəhbərlik edəcək.

Məlumata görə Bülent Eksin “Mars Overseas Baku LTD”nin baş icraçı direktoru təyin edilib. O, bu vəzifəyə 2023-cü ilin iyununda təyin edildiyini açıqlayıb.

Buna qədər şirkətin icra orqanına Fuad Babayev rəhbərlik edirdi.

B.Eksin buna qədər Türkiyədə müxtəlif şirkətlərdə rəhbər vəzifəsində çalışıb.

2001-2004-cü illərdə Türkiyədə “Maxxium UK LTD”nin baş direktoru,

2005-2007-ci illərdə “Kimberly-Clark”nin satış direktoru,

2007-2011-ci illərdə “Evyap”ın Şərqi Avropa, Balkan və Orta Asiya üzrə nümayəndəsi,

2011-2014-cü illlərdə “Coca-Cola”nın Türkmənistan üzrə baş direktoru,

2014-2015-ci illərdə “Coca-Cola”nın İraq üzrə baş direktoru,

2015-2017-ci illərdə “Aujan Coca-Cola Beverages Company” (İran İslam Respublikası) baş direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Mars Overseas Baku LTD” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 45.15 mln. manatdır. Şirkət “Pepsi”, “Mountain Dew”, “Miranda”, “7up” kimi qazlı sular, “Jalə”, “Sandra”, “Ya”, “Natura”, “Frukovy Sad”, “Zolotoy Sad” kimi meyvə şirələri, “I’m Tea” və “Lipton” kimi soyuq çay, “Aqua” və “Jalə” mineral suları istehsal edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)