Manat avroya qarşı bahalaşdı
Manat avro, rubl və lirə qarşısında bahalaşıb. Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 AZN/$1 səviyyəsində saxlayıb. ENA.az xəbər verir ki, manatın avroya qarşı rəsmi məzənnəsi 1,8433 manat/1EUR (5 iyul - 1,8476 manat/1EUR) olub.
Mərkəzi Bank iyulun 6-na manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsi 0,0185 manat/1RUB (iyulun 5-nə 0,0189 manat/1RUB) təşkil edib.
Bugünə manatın türk lirəsinə qarşı rəsmi məzənnəsi 0,0652 manat/1TRY (iyulun 5-nə 0,0654 manat/1TRY) kimi müəyyən edilib.