Avrozonada mənzil qiymətləri düşür
Avro bölgəsində mənzil qiymətləri ucuzlaşıb. ENA.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin birinci rübü üçün Avropa İttifaqı ölkələrində mənzil qiymətləri ilə bağlı məlumatları açıqlayıb.
Avro bölgəsində mənzil qiymətləri əvvəlki rüb görə yüzdə 0,9 azalaraq, illik bazda yüzdə 0,4 artıb.
AB üzvü ölkələr arasında ev qiymətləri bu ilin birinci rübündə əvvəlki rübə görə Lüksemburqda yüzdə 4,1, Almaniyada yüzdə 3,1, Finlandiyada yüzdə 1,8, Avstriyada yüzdə 1,4, Çexiyada yüzdə 1,4, Hollandiya və Fransada yüzdə 1,1, və 1%, İsveç və İrlandiyada 0,8 faiz, Rumıniyada 0,4 faiz və Polşada 0,1 faiz ucuzlaşıb.