Aqrar

Ukrayna soğan idxalının 60%-dən çoxunu Azərbaycandan təmin edib

Azərbaycan 2018-ci ildə Ukraynaya soğan tədarükü üzrə lider olub. Bu barədə "agronews.ua" saytı xəbər verir.

2018-ci ilin avqust ayından dekabr ayınadək Azərbaycan Ukraynaya 4,6 min ton soğan tədarük edib, mövsümün əvvəlindən Ukrayna 7,4 min ton soğan idxal edib. Beləliklə, bütün soğan idxalının 60,5%-i Azərbaycanın payına düşüb.

Qazaxıstan və Özbəkistandan da soğan tədarük edilib. Bu ölkələrdən Ukrayna bazarına təxminən 1000 ton soğan gətirilib. Bu o deməkdir ki, payızda ümumi idxalda Asiya ölkələrinin payı 75%-dən çox olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)