Hadisə

ABŞ-dan Çinə qarşı yeni məhdudiyyətlər

Wall Street Journal-ın məlumatına görə, ABŞ Çin şirkətlərinin Amazon və Microsoft kimi Amerika nəhənglərinin bulud hesablama xidmətlərinə girişini məhdudlaşdırmağa hazırlaşır. Keçən ay ABŞ dövlət katibi Antoni Blinkenin Çin lideri Si Tszinpinlə görüşü ABŞ-Çin münasibətlərində yumşalma görüntüsü versədə, lakin iqtisadi cəbhədə baş verənlər yumşalma üçün hələ uzun bir yol olduğunu göstərir.

ENA.az xəbər verir ki, Wall Street Journal-ın məlumatına görə, Bayden administrasiyası Çin şirkətlərinə süni intellekt xidmətləri kimi xidmətlər təqdim etməzdən əvvəl ABŞ-ın bulud şirkətlərindən hökumət icazəsi alması tələbini tətbiq etməyi planlaşdırır.

Ötən həftə Bayden administrasiyasının süni intellektdə istifadə edilən çiplərin Çinə ixracının nəzarətə götürülməsi planları da açıqlanıb. 

ABŞ-ın maliyyə naziri Janet Yellenin bu hadisələr fonunda sabah Çinə səfərinə başlayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)