Gündəm

Nazim Bəydəmirli polis tərəfindən saxlanılıb

Keçmiş deputat Nazim Bəydəmirli polis tərəfindən saxlanılıb.

ENA.az xəbər verir ki, bu barədə vəkil Aqil Layic sosial şəbəkə hesabında məlumat verib.

O, keçmiş deputatın Gədəbəy hadisələrinə görə saxlanıldığını bildirib.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)