Azərbaycan banklarının tənzimləyicidən aldığı borc azalıb
![](https://ena.az/uploads/news/2023-07/_ena_18041b116fee51fd5f446595f_o.jpg)
Azərbaycan Mərkəzi Bankının banklara verdiyi kreditlərin həcmi azalıb. ENA.az xəbər verir ki, ötən il 658 milyon 469 min manat borc alıblar. Bu isə əvvəlki ilin göstəricisindən 9,6% azdır.
AMB 2021-ci ildə banklara 729 milyon 24 min manat kredit vermişdi.
Banklara verilmiş kreditlərin təmərküzləşməsinə gəlincə, audit rəyinə görə, heç bir bank üzrə kreditlərin qalığı AMB-nin kapitalının 10%-dən çox olmayıb.