Bank

Mərkəzi Bankın yeni rəhbərliyinə əməkhaqqı ödənişlərinin həcmi 79% artıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri və onun üzvlərinə ümumilikdə 2 milyon 552 min manat həcmində ödənişlər edilib. 

Bu barədə AMB-nin illik audit hesabatında bildirilir. 

Bu da 2021-ci illə müqayisədə 1 mln. 128 min manat və ya 79% artımdır. 

AMB-nin İdarə Heyətinə 2021-ci ildə 1 mln. 424 min manat əməkhaqqı və sosial fondlara ayırmalar edilib. 

İdarə Heyəti ötən il ərzində 2 mln. 63 min manatı əməkhaqqı təşkil edib. 2021-ci ildə bu rəqəm 1 mln. 146 min manat idi. 

Qeyd edək ki, 12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.  

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)