ENA+

"Ölümün astanasında 250-300 min venesuelalı var"

Özünü müvəqqəti Venesuela prezidenti elan edən Xuan Quaido, "New York Times"a müsahibə verib.

O müsahibəsində, "Bu hökumət getməlidir. Beləliklə, bütün bu yoxsulluğa son verə bilərik. Ölümün astanasında 250-300 min venesuelalı var" deyib.

Yeri düşmüşkən, Venesuela Prezidenti Nikolas Maduro, beynəlxalq cəmiyyətin humanitar yardımlarına reaksiya göstərərək, "Biz dilənçilər ölkəsi deyilik" deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)