"Azal" Pakistanın daha 2 şəhərinə uçuşlar həyata keçirəcək
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) Pakistanın Karaçi, İslamabad şəhərlərinə uçuşların həyata keçirməsinə icazə verilib.
Bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın federal aviasiya naziri Xavaja Saad Rafiqlə keçirdiyi görüşdə qeyd olunub.
Bununla bağlı, Pakistan Federal Aviasiya ilə AZAL arasında kod-şerinq razılaşması əldə olunub.
Görüş zamanı iki ölkə arasında aviasiya reyslərinin artırılması barədə razılıq əldə olunub.
Xatırladaq ki, AZAL hazırda Pakistanın Lahor şəhərinə birbaşa uçuşlar təşkil edir. Aviareyslər hər həftənin çərşənbə və şənbə günləri saat 14:00-da həyata keçirilir. Məlumata görə, İslamabada uçuşlar iyul ayından başlanması planlaşdırılır.