"Rosneft"in xalis mənfəəti azalıb

Rusiyanın neft və təbii qaz şirkəti "Rosneft"in xalis mənfəəti ötən ilin son rübündə 109 milyard rubl təşkil edib. Bu,125.4 milyard rublluq gözləntidən azdır.
"BI" xəbər verir ki, Şirkətin xalis mənfəəti əvvəlki rübə nisbətən 23 faiz (1.66 milyard dollar) düşüb. "Rosneft"in mənfəətindəki azalmanın səbəbi həmin dövrdə Brent neftinin 35% ucuzlaşmasıdır.
"Rosneft"in həmin dövrdəki EBİTDA-sı (Faiz, Vergilər və Köhnəlmədən əvvəllki mənfəət) 488 milyard rubl təşkil edib. Bu da 502.94 milyard rublluq proqnozdan aşağıdır.