Manat avro və rubla nisbətdə bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 AZN/$1 səviyyəsində saxlayıb. Manatın avroya qarşı rəsmi məzənnəsi 1,8521 manat/1EUR səviyyəsindədir (23 iyun - 1,8587 manat/1EUR).
Rusiya rublu üzrə 0,0201 manat/1RUB (23 iyun - 0,0204 manat/1RUB) məzənnə formalaşıb. İyunun 24-nə manatın türk lirəsinə qarşı rəsmi məzənnəsi AMB tərəfindən 0,0674 manat/1TRY (iyunun 23-də 0,0672 manat/1TRY) müəyyən olunub.