BİZNES

Azərbaycan Fransaya ilbiz ixrac edir

Bir neçə illlik aparılan sistematik tədbirlərdən sonra balıq kürüsü, yun, dəri, ilbiz və bir sıra digər heyvandarlıq məhsullsrının ixracı üçün icazə alınıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda balıqların və arıçılıq məhsullarının ixracının təmin olunması üçün işlər aparılır.

“İribuynuzlu heyvanların Türkiyəyə ixracına qoyulan məhdudiyyət aradan qaldırılıb. Körfəz ölkələri işlər davam etdirilir. Artıq BƏƏ-yə iribuynuzlu heyvanların ixracı üçün icazə almışıq, Qətər və Səudiyyə Ərəbistanı ilə bu istiqamətdə işlər davam etdirilir. Hazırda ölkədə bir müəssisə ilbiz ixracı ilə məşğul olur. İlbiz Fransaya ixrac olunur”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)