Rusiyada barıt zavodunda partlayış oldu. Ölənlər var
Partlayış Tambov barıt zavodunun binasında baş verib, nəticədə 4 nəfər ölüb, daha on iki nəfər yaralanıb. ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.
"Tambov barıt zavodunun binasında partlayış olub. Hazırda dörd nəfərin öldüyü, on iki nəfərin yaralandığı barədə məlumat var", - agentliyin həmsöhbəti bildirib.
Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsindən bildirilib ki, fövqəladə hadisə yerində yanğının yayılmasının qarşısı alınıb. Yanğın sahəsi 1 kv. m. olub. Regional departamentin müstəntiqləri fövqəladə hadisə yerinə yola düşüblər.