Sənaye

Azərbaycanın satdığı qızıl və gümüşü İsveç alıb - MƏBLƏĞ

Bu ilin yanvar-aprel aylarında Azərbaycan dünya bazarlarına 721,8 kq qızıl çıxarıb. Bu 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 6,5% azdır.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızılın satış dəyəri 44 milyon 563,73 min dollar olub. Bu isə dəyər ifadəsində 6,8% azalma deməkdir.

Bu dövrdə Azərbaycandan 1 56,16 min dollara (azalma 17,2%) 1 414,9 kq gümüş (azalma 10,3%) ixrac edilib. Azərbaycanın bütün qızıl və 1 min 376,9 kq gümüş ixracının bütün həcmini 1 milyon 18,16 min dollara İsveçrə alıb. 38 min dollar dəyərində 38 kq gümüşün qalan hissəsi Birləşmiş Ərəb Əmirliyinə ixrac edilib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan dünya bazarlarına 5 482,68 kq (2021-ci illə müqayisədə 9,9% azalma) 185 milyon 249 680 ABŞ dolları (azalma 8,5%) dəyərində qızıl ixrac etmişdi. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)