Hesabatlar

Dövlət şirkətinin xalis mənfəəti 65 milyonu ötüb - HESABAT

2022-ci ildə istiqrazları ilə məşhurlaşan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin elə 2022-ci il üzrə xalis mənfəəti 65,441 milyon manatdır.  ENA.az xəbər verir ki, bu 2021-ci illə müqayisədə 26,4% çoxdur.

Dövlət şirkətinin saytında dərc edilmiş 2022-ci il üzrə MHBS üzrə maliyyə hesabatlarına əsasən, gəlirləri 570,071 milyon manat (artım 24,1%), xidmətlərin dəyəri isə 369,444 milyon manat (artım 20,7%) olub.

2022-ci ildə əməliyyat mənfəəti 93,295 milyon manat (artım 36,6%), vergidən əvvəlki mənfəət 65,441 milyon manat (artım 26,4%) təşkil edib.

2022-ci ildə gəlir vergisi ödənişləri 26,632 milyon manat (artım 80,4%) olub.

Maliyyə hesabatlarına əsasən, ASCO-nun aktivləri 2023-cü il yanvarın 1-nə 1 milyard 335,416 milyon manat (artım 3,4%) təşkil edir. 2022-ci ilin sonuna qısamüddətli aktivlər 320,514 milyon manata, uzunmüddətli aktivlər 1 milyard 14,902 milyon manata çatıb. Uzunmüddətli aktivlərin strukturunda əsas hissə gəmilərin və əsas vəsaitlərin payına düşür - 964,264 milyon manat (artım 1,4%).

Şirkətin kapitalı 1 milyard 173,69 milyon manatdır (artım 7,9%). Eyni zamanda, 2023-cü ilin əvvəlinə gəmiçiliyin nizamnamə kapitalı dəyişməyərək 440,051 milyon manatdır, ümumi bölüşdürülməmiş mənfəəti 604,539 milyon manat (artım 10,1%) təşkil edir.

Gəmiçiliyin öhdəlikləri 161,726 milyon manat (azalma 20,3%), o cümlədən uzunmüddətli öhdəlikləri 50,961 milyon manat, qısamüddətli öhdəlikləri 110,765 milyon manat həcmindədir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)