Saakaşvili aktiv siyasətə qayıdır
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili bu gündən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib.
Saakaşvilinin “Facebook” hesabında edilmiş paylaşımda qeyd olunub ki, o, səhhətindəki problemlərə baxmayaraq, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək. Saakaşvili həmçinin keçirilən bütün məhkəmə iclaslarında şəxsən iştirak edəcəyini əlavə edib.
“Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”, – Saakaşvili qeyd edib.