Bank

AFB Bank səhmdarlarına dividend ödəyib - MƏBLƏĞ

AFB Bank səhmdarlarına 10 milyon 676 min AZN məbləğində dividend ödəyib.

ENA.az xəbər verir ki, 31 dekabr 2022 tarixlərinə Bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 1,265 AZN olmaqla 55,647 adi səhmdən ibarət olub.

Bütün buraxılmış adi səhmlər tamamilə ödənilmişdir. Hər səhm bir səsə malikdir. Və səhm üzrə əsas mənfəət 191,85 manata yüksəlib (2021-ci ildə 172,10 manat idi-red).  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)