Bank

Azərbaycanın bank sektorunda da kibertəhlükəsizlik göstəricisi 2,14-dür

“Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən sorğular keçirilib, onların əsasında orta göstəricilər müəyyən edilib. Əsas meyarlar kibertəhlükəsizlik sisteminin tələbləri, həmçinin məxfilik məsələləri olub: ilkin qiymətləndirmə üzrə kibertəhlükəsizlik göstəricisi bank sektoru üzrə 2,14 təşkil edib”.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev bugünkü Fintex sammitində bildirib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik göstəricisi sığorta sektoru üzrə 1,85, ödəniş bazarı üzrə - 2,85, maliyyə sektoru üzrə - 2,28-ə bərabərdir.

Qeyd edib ki, Mərkəzi Bankın “Maliyyə bazarlarında kibertəhulükəsizlik Strategiyası”na uyğun olaraq 2026-cı ilədək bu əmsalın yüksəldilməsi ilə bağlı tədbirlər görülür. Bu müddət başa çatdıqdan sonra yenidən sorğu keçiriləcək və nəticədə bütün maliyyə institutlarının göstəriciləri 3-dək artacaq. 

Şahverdiyev əlavə edib ki, 2023-2024-cü illərin hədəflərindən biri maliyyə yetkinliyi səviyyəsinin qiymətləndirilməsi, 2023-2026-cı illərdə - maliyyə bazarları üzrə CERT-in formalaşmasıdır. Tənzimləyici bununla bağlı Türkiyə, Qazaxıstan, Sinqapur, İngiltərə və Fransanın təcrübələrini öyrənir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)