"Çin xəbərləri" nefti bahalaşdırdı
Neft qiymətləri əvvəlki sessiyada 3%-dən çox sıçradıqdan sonra bugün bir qədər də yüksəldi.
Bu ərəfədə kotirovkaların artmasına Çin Xalq Bankının (PBOC) əsas faiz dərəcələrindən birinn aşağı salması, həmçinin Pekinin ölkədə iqtisadi fəallığın stimullaşdırılması üçün əlavə tədbirlər hazırlaması ilə bağlı xəbərlər kömək edib.
Londonun ICE Futures birjasında bugün saat 9:10-a olan Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 74,45 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,16 dollar (0,22%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,08 dollar (0,12%) artaraq 69,5 dollar/barelə bərabər olub.