ABŞ məşhur oyun şirkətinin Microsoft-a satışına qadağa qoydu
ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) texnologiya şirkəti Microsoft-un kompüter oyunları şirkəti Activision Blizzard-ı satın almasının qarşısını almaq üçün müvəqqəti həbs qətimkan tədbiri və məcburi yardım üçün məhkəməyə müraciət edib.
ENA.az xəbər verir ki, FTC-nin San-Fransisko federal məhkəməsinə etdiyi müraciətdə Microsoft-un Activision-ı almasına icazə verildiyi təqdirdə bazarda rəqabətin pisləşəcəyi ilə bağlı narahatlıqların olduğu bildirilib.
Ərizədə rəqabətə zərər vurulmasının qarşısının alınması üçün müvəqqəti qərarın zəruri olduğu iddia edilib.
"Biz işimizi federal məhkəmədə təqdim etmək fürsətini alqışlayırıq. İnanırıq ki, ABŞ-da hüquqi prosesin sürətləndirilməsi son nəticədə bazara daha çox seçim və rəqabət gətirəcək" - deyə Microsoft-un vitse-prezidenti Bred Smit bildirib.