Hansı sənaye məhsullarının istehsalı azalıb?
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-may aylarında 29,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.
Neft-qaz sektorunda məhsul istehsalı 2,8% azalıb, qeyri neft-qaz sektorunda isə 7,4% artıb. Sənaye məhsulunun 70,4%-i mədənçıxarma sektorunda, 24,4%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 86,4%, poliqrafiya məhsullarının istehsalı 50,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 49,9%, kağız və karton istehsalı 40,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9%, içkilərin istehsalı 27,4%, neft məhsullarının istehsalı 25,4%, tikinti materiallarının istehsalı 18,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5%, qida məhsullarının istehsalı 13,3%, hazır metal məmulatlarının istehsalı 9,7%, maşın və avadanlıqların istehsalı 9%, kimya sənayesi məhsullarının istehsalı 8,9%, tütün məmulatlarının istehsalı 8,4%, mebel istehsalı 4,4%, elektrik avadanlıqlarının istehsalı 2,4% artıb.
Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,4%, əczaçılıq məhsullarının istehsalı 16,4%, sair sənaye məhsullarının istehsalı 18,7%, geyim istehsalı 28,4%, sair nəqliyyat vasitələrinin istehsalı 30,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 37,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 40,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,5% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.