Crystal Group işçi axtaırır - MAAŞ 1000-1200 AZN
Crystal Group "Tender üzrə mütəxəssis" vəzifəsinə işçi axtarır.
Son tarix 12 iyl 2023
Namizədə olan tələblər:
- Ali təhsil
- Azərbaycan və rus dilini bilməsi;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Tikinti sahəsi barədə məlumatlı olması;
- Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
- Problemləri həll etmək bacarığına malik olmaq;
İş haqqında məlumat:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi
- Tender üzrə tələb olunan sənədlərin "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə uyğun hazırlanması
- Tender prosesi zamanı şirkətin təmsil olunması
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
- Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq
İş şəraiti:
- 5 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı: 1000-1200 azn (Net)
Qeyd: Vakansiaya müraciət üçün CV-ləri vakansiyanın adını qeyd etməklə recruitment@crystalgroup.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.