GM və Tesla elektrik avtomobilləri doldurma stansiyaları şəbəkəsindən birgə istifadə edəcək
General Motors və Tesla, GM elektrikli avtomobil sahiblərinə Tesla Supercharger sürətli doldurma stansiyaları şəbəkəsindən istifadə etməyə imkan verən ortaqlıq haqqında razılığa gəliblər. Tərəfdaşlıq cümə axşamı elan edilib.
Bu, həm də o deməkdir ki, GM Tesla tərəfindən yaradılmış elektrik avtomobili doldurma konnektoru standartı NACS-i qəbul edəcək. Ford may ayında Tesla ilə oxşar müqavilə imzalamışdı. Beləliklə, ABŞ-ın elektromobil bazarının üç ən böyük oyunçusu vahid standartı qəbul etdilər və eyni doldurma stansiyaları şəbəkəsindən istifadə edəcəklər.
Tesla Supercharger şəbəkəsinə elektrik avtomobillərini tez doldurmağa imkan verən dünya üzrə 5000-ə yaxın stansiya daxildir. Tesla ABŞ-dakı bütün sürətli şarj stansiyalarının təxminən 60%-nə sahibdir. Mütəxəssislərin fikrincə, bu cür razılaşmalar Tesla enerji doldurma stansiyaları şəbəkəsinin daha da inkişafına töhfə verəcək.
GM və Tesla-nın səhmləri cümə axşamı günü 4% artıb.