Bank

Azərbaycan Beynəlxalq Bankı borc öhdəliyi yaradan avrobondların bir hissəsini geri aldı - MƏBLƏĞ

Azərbaycan Beynəlxalq Bankı (ABB) borc qiymətli kağızı olan avrobondların bir hissəsini geri alıb.

ENA.az xəbər verir ki, Bank 2017-ci ilin sentyabr ayında buraxılmış, kupon dərəcəsi illik 3.5% olan və müddəti 2024-cü ilin sentyabr ayınadək olan Avrobondlar üzrə şərtlərin yerinə yetirilməsinə görə öhdəlik daşıyır.

ABB 262,936 min AZN (2021-ci il: 852,455 min AZN) nağd ödənişlə avrobondları geri alıb. Bunun nəticəsində 11,085 min AZN (2021-ci il: 71,517 min AZN) məbləğində zərər tanınıb.

Qeyd edək ki, buraxılmış borc qiymətli kağızlarının balans dəyəri 1,490,500 min manatdır.

ABB buraxdığı borc qiymətli kağızları üzrə faiz ödənişinə 2022-ci ildə 38 milyon 877 min manat, 2021-ci ildə 69 milyon 479 min manat xərcləyib.

2023-cü il üzrə Bankın 483 milyon 939 manat həcmində avrobondu üzrə borc öhdəliyi qalmaqdadır.

2022-ci ilin iyun ayında isə ABB kupon dərəcəsi illik 6% təşkil edən və müddəti 2024-cü ilin iyun ayınadək olan, ümumi nominal dəyəri 20 milyon AZN olan istiqrazlarını da dövriyyəyə buraxıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department