Metro işçilərinin maaşları 15 % artırılıb
“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.
Artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub.
Qərar metroda çalışan 5 000-ə yaxın əməkdaşın hamısına şamil edilib.
Qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.